Həkimlər üçün növbəti vakant yerlər elan olunub
Azərbaycan Səhiyyə Nazirliyi tabeliyində olan səhiyyə müəssisələrində boş qalan həkim yerlərini elan edib. Nazirlikdən Movqe.az-a verilən məlumata görə, həkimlərin mərkəzləşdirilmiş şəkildə işə qəbulu Prezidentin 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı Səhiyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən aparılır.