Əlaqə Arxiv
news Image
2013.09.18
17:38
| A A A
TQDK abituriyentlərə müraciət etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, 2013/2014-cü tədris ili üçün orta ixtisas təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisəsində qeydiyyatı 19 sentyabr, saat 17:00-da başa çatır .Qeyd edək ki, həmin vaxta  qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onların qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

 

Sizin Reklam Yeriniz