Azərbaycanda mal-qara arasında yayılmış Bunyavirus xəstəliyinə yoluxmuş iribuynuzlu heyvanların sayı 600-ə enib.Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin Movqe.az-a verdiyi məlumata görə, ötən həftə bu rəqəm 1500 olub. Y. Xanvəli deyib ki, statistik məlumatlardan da görünür ki, artıq iribuynuzlu mal-qara arasında yayılmış yeni virusun bir qədər səngiyir. Amma bununla belə biz vəziyyəti nəzarətdə saxlayırıq".
Qeyd edəkmki, ölkəmizdə kənd təsərrüfatı heyvanlarının xəstəliklərinə qarşı profilaktiki tədbirləri gücləndirmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı imzalanıb. Sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə zəruri olan xüsusi təyinatlı avtomaşınların, avadanlıqların, müalicəvi dərmanların, dezinfeksiya və dezinseksiya maddələrinin alınması üçün dövlət büdcəsinin Ehtiyat Fondundan 2 milyon 350 min manat məbləğində vəsait ayrılıb. Xatırladaq ki, Azərbaycanda mal-qara arasında yayılmış virus Bunyavirus ailəsinə məxsus olan xəstəlikdir. Xəstəlik üç virusun qarışığı olan şomonda, akabene, aina adlı viruslardır.