Əlaqə Arxiv
news Image
2013.09.23
13:40
| A A A
DBX xırdabuynuzlu heyvanlar arasında yayılmış xəstəliyə aydınlıq gətirdi
Yolçu Xanvəli: "Vaksinasiya aparılan xəstəliklərdən biri də xırdabuynuzlu heyvanlar arasında yayılan çiçək xəstəliyidir"

Azərbaycanda çiçək xəstəliyinə görə vəziyyət epizootik nöqteyi-nəzərdən sabitdir və buna tam nəzarət olunur. Bunu Movqe.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.  O bildirib ki, DBX-də epizodik tədbirlər planına uyğun olaraq hər il 11 xəstəliyə qarşı planlı qaydada heyvanlarda vaksinasiya aparılır: "Vaksinasiya aparılan xəstəliklərdən biri də xırdabuynuzlu heyvanlar arasında yayılan çiçək xəstəliyidir. İndiyə kimi ölkəmizdə epizodik tədbirlər planına daxil olan çiçək xəstəliyinə də qarşı vaksinasiya aparılıb. Ölkəmizdə hələ ki, çiçək xəstəliyi müşahidə olunmur. Yayılan məlumatların heç bir əsası yoxdur. Bu tamamilə yanlış məlumatlardır. Bəlkə də 1-2 baş heyvan bu vaksinasiyadan yayına bilər. Amma bu o demək deyil ki, Aran bölgəsində çiçək xəstəliyi baş verib". 

Qeyd edək ki, xırdabuynuzlu heyvanlar arasında rast gəlinən çiçək xəstəliyi virus xarakterlidir. Heyvanların diz hissəsində qabarcıqların, ağızda və quyruqda yaraların əmələ gəlməsi isə xəstəliyin əsas əlamətləridir. Vaxtında vaksinasiya olunmaması bu heyvanların vəziyyətinin kütləvi şəkildə ağırlaşmasına, məhsuldarlığın aşağı düşməsinə, onların mayalanmamasına və döl vermə hallarının gecikməsinə gətirib çıxarır.

 

Sizin Reklam Yeriniz