Əlaqə Arxiv
news Image
2013.09.24
17:31
| A A A
Azərbaycanda qanvermədə 50% artım qeydə alınıb

Cari ilin yay aylarında (son 3 ayda) Mərkəzi Qan Bankında tədarük olunan qanda ötən ilə nisbətən 50% artım qeydə alınıb.


Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva deyib.

 

O bildirib ki, əgər ötən il hər ay 4 min nəfərdən qan götürülürdüsə və bu da 3 ay ərzində 12 min nəfər idisə, bu il onların sayı 17-21 minə çatıb.

 

Yay aylarında qan verməyin çətin olduğunu deyən P.Hacıyevanın sözlərinə görə, istiyə görə qan vermə nəticəsində ürək keçmələr daha çox olur: "Ona görə də daha çox sərin aylarda qan verilir. Yay aylarında qanla bağlı problemlər olsa da, bu il tədarük olunan qanda kifayət qədər artım qeydə alınıb və bu gün də kifayət qədər qanımız var".

Sizin Reklam Yeriniz