Movqe.Az xəbər verir ki, Çin, Ukraynadan 100 min hektar torpaq kiralamaq və bu sahəni müəyyən bir müddət sonra 3 milyon hektara çıxarmağı planlayır. Movqe.Az-ın "China Morning Post"a istinad edərək verdiyi xəbərə görə, Çin artan qida tələbini qarşılamaq məqsədiylə Ukraynadan 3 milyon hektarlıq əkinçilik məqsədli torpağa sərmayə qoymağı planlaşdırır. Çin, Kiev bölgəsindən (2,8 milyon hektar) bir az böyük torpaq kiralasa Ukrayna bu ölkənin ən böyük xarici tarlası halına gələcək. Xinjiang Production and Construction Corps adlı dövlət şirkətinin, Ukrain KSG Agro şirkəti ilə etdiyi müqaviləyə görə Çinə 100 min hektar torpaq icarəyə veriləcək və bu rəqəm daha sonra 3 milyona qədər çıxacaq.
Çinli mütəxəssislər, əkinçilik məqsədli torpaqların məhdud olması və səmərənin aşağı olması səbəbiylə qida tələbini ödəmək üçün, dövlətin kənd məqsədli torpaq sahəsinin artırması lazım olduğuna diqqət çəkib. Dünyada ən böyük əhaliyə sahib olan və qida tələbini artmağa davam edən Çin, 2009-cu ildə ölkə xaricində kənd məqsədli təxminən 2 milyon hektarlıq torpağı istifadə etmişdi.