Əlaqə Arxiv
news Image
2013.09.26
13:57
| A A A
Bakıda qəza nəticəsində “Oka”nın sürücüsü qapı arasında sıxılaraq qaldı

Bakıda qəza törədən "Oka"nın sürücüsü qapı arasında sıxılaraq qalıb.

Trend xəbər verir ki, Bakıda günorta saatlarında "Oka" markalı avtomobil yolla hərəkətdə olduğu zaman əhali arasında "qoşa xətt" kimi tanınan üfüqi nişanlanma xəttinin tələbini pozub və əks istiqamətli yol zolağına daxil olub. Bu zaman qarşı tərəfdən gələn "Hyundai" markalı minik avtomobilinə, "Hyundai" da öz növbəsində onunla yanaşı hərəkət edən "VAZ" markalı avtomobilə çırpılıb.

Hadisə zamanı hər üç maşına ciddi ziyan dəyib. "Oka"nın avtomobilinin sürücüsü isə qapı ilə avtomobilin korpusu arasında sıxılmış vəziyyətdə qalır. Bu zaman ətrafda olan adamlar və digər nəqliyyat vasitələrinin sürücülərı ona kömək etməyə çalışırlar.


Sizin Reklam Yeriniz