Əlaqə Arxiv
news Image
2013.09.26
18:00
| A A A
Everestə vertolyot düşdü

Movqe.Az xəbər verir ki, Nepalın Dynasty Hava yollarına aid bir vertolyotun, Everest yaxınlığında düşdüyü bildirilib. Rəsmilər vertolyotun alov aldığını lakin içində olan dörd nəfərin yaralı halda xilas edildiyini açıqlayıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu, vertolyotla Katmanduda yerləşən bir xəstəxanaya aparıldığı deyilib. Himalayın 2 min 843 metr yüksəkliyində inşa edilən Lukla Aerodromu, dünyanın ən çətin və təhlükəli hava limanlarının biri olaraq qəbul edilir. Aerodrom, hər il Everestə ziyarət etmək üçün bölgəyə axın edən minlərlə alpinistə ev sahibliyi edir.

Sizin Reklam Yeriniz