Əlaqə Arxiv
news Image
2013.09.27
14:12
| A A A
Əli Abbasov: Səsvermə günü istənilən şəxs veb-kameralar vasitəsilə seçki müşahidəsi apara biləcək

Əksər hallarda seçki prosesində müşahidəçilərlə bağlı bir sıra problemlər yaranır. Ancaq indi MSK-da elə bir şərait yaradılıb ki, bu sistem vasitəsilə istənilən şəxs səsvermə günü seçki müşahidəsi apara biləcək.

Movqe.az xəbər verir ki, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Mərkəzi Seçki Komissiyasında (MSK) yaradılmış veb-kameralara texniki nəzarət mərkəzinə baxış zamanı bildirib.

Onun sözlərinə görə, seçki məntəqələrində quraşdırılmış veb-kameralar vasitəsilə seçicilərin aktivliyini birbaşa izləmək mümkün olacaq: "Hesab edirəm ki, MSK-nın prezident seçkiləri ilə bağlı İKT-nin tətbiqinə önəm verməsi seçkilərdə şəffalığın artırılması məqsədi daşıyır. Bəzən seçkilərdə şəffaflıqla bağlı müşahidəçilər fikir bildirirlər. Ancaq bu kameraların quraşdırılması bu problemin aradan qaldırılmasına kömək edəcək. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin sayının 1000-ə çatdırılması və xüsusi şəbəkələrin quraşdırılması informasiyanın real rejimdə saxlanılıb internet vasitəsilə əhaliyə açılması seçki prosesində şəffaflığın artırılmasına gətirib çıxarır".

Sizin Reklam Yeriniz