Leysan və güclü külək gözlənilir
Sentyabrın 30-da Bakı və Abşeron yarımadasında hava şəraitinin
buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək. Ekologiya və
Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən
verilən məlumata görə, havanın temperaturunun gecə 14-17, gündüz
19-24 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında
bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı
yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Qərb küləyi
əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz
18-23 dərəcə isti olacaq.