Əlaqə Arxiv
news Image
2013.11.01
14:54
| A A A
Orxan Zeynalov günahını qismən boynuna aldı

Vəkil müştərisi olduğu şəxsin Yeqor Şerbakovu özünü müdafiə məqsədilə öldürdüyünü deyib.

Hadisə  Orxan Zeynalov Yeqor Serbakovu öldürdüyünü etiraf edib. Mövqe.az-ın Lifenews-a istinadən verdiyi məlumata görə, bu barədə Zeynalovun vəkili Viktor Anikuşkin verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, müdafiəçisi olduğu şəxs bunu qətl saymır, müştərisi Yeqor Şerbakovu özünü müdafiə məqsədilə öldürüb. 

"Hər şey söz atmaqdan başlayıb, zərərçəkən Zeynalovu təhrik edib, bundan sonra o, Şerbakovu vurmağa başlayıb". 

Xatırladaq ki, qətl hadisəsi oktyabrın 10-da Moskvanın Qərbi Biryulevo rayonunda baş verib.

Sizin Reklam Yeriniz