Əlaqə Arxiv
news Image
2013.11.12
15:07
| A A A
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində İsveçrədən yardım istəyib

 Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Azərbaycan və Dağlıq Qarabağı işğal edən Ermənistanla  ziddiyyətləri aradan qaldırmaq üçün İsveçrədən yardım istəyib. Ankara üçün yolun açılması İrəvanla olan münasibətləri də bərpa edəcək. Türk qaynaqlarının "Today's Zaman"a verdiyi xəbərə görə, Oktyabrın ortalarında İsveçrəyə olan səfəri zamanı Xarici İşlər Naziri Əhməd Davudoğlu İsveçrə rəsmilərinə bildirib ki, Türkiyə Ermənistanla olan münasibətlərini yaxşılaşdırmağa hazırdır, lakin əvvəlcə İrəvan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Xarici İşlər Naziri İsveçrənin Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa inandıracağı təqdirdə, Ankaranın Ermənistanla olan sərhədlərini açacağını bildirib. Etnik Azərbaycan və Ermənistan arasında olan sərhəd konflikti 1991-ci ildən etibarən daha da şiddətlənib, Azərbaycan sərhədləri daxilindəki -əsasən erməni nüfuzunun çoxluq təşkil etdiyi dağlıq ərazi işğal olunub. Erməni Silahlı Qüvvələri 20 faiz Azərbaycan torpaqlarını işğal edib, 30 mindən çox insanı öldürüb. Dağlı Qarabağı geri almaq uğrunda mübarizə aparan Azərbaycana dəstək olmaq üçün, Türkiyə də Ermənistanla olan sərhədlərini bağlayıb. İsveçrə olan son səfəri zamanı Davutoğlu vurğulayıb ki, Ermənistanla olan münasibətlər Türkiyə üçün çox əhəmiyyətlidir və Türkiyə bu əlaqələri qüvvətləndirmək üçün yeni ideyalar və həlli yolları axtarmaqda davam edəcək. O, növbəti günlərdə öz qonşusuyla münasibətlərini yaxşılaşdırmaq üçün səylərini daha da artıracağını bildirib. Xarici İşlər Nazirliyinin Mənbələrinə görə, Türkiyə 2015-ci ilə qədər yüzillik qondarma Erməni soyqırımıyla bağlı olan məsələərin həllində Ermənistanla olan münasibətlərini yaxşılaşdıracaq. Xatırladaq ki, hələ 2009-cu ildə Türkiyə və Ermənistan arasındakı münasibətlərin yaxşılaşdırılması üçün İsveçrədə iki protokol da imzalanmışdı. Azərbaycan və Ermənistan arasında olan danışıqlar nəticə verməsə də, Ermənistan və Türkiyə münasibətləri getdikcə yaxşılaşır. Lakin buna baxmayaraq Azerbaycan-Ermənistan münasibətlərindəki gərginlik Türkiyə_ermənistan münasibətlərinə də özmənfi təsirini göstərir. Dağlıq Qarabağla yanaşı Ermənistan digər 7 Azərbaycan ərazisini də işğal edib. Davutoğlu İsveçrəli rəsmilərə bildirib ki, " Əyər Ermənistan işğal etdiyi torpaqlardan çıxsa, ordusunu geri çəksə və bu rəsmi Bakı tərəfindən qəbul edilsə, biz də bu protokolun müddəalarını yerinə yetirməyə hazırıq. Biz bu məsələnin həllində sizin Ermənistan rəhbərliyini inandırmağınızla bağlı olan yardımınızı gözləyirik". İlk dəfə  2009-cu ildə Ermənistan-Türkiyə arasında imzalanan müqavilə bu ölkələrin həmin sənədi ratifikasiya etməməsindən sonra qüvvəsini itirmişdi. Ali rütbəli Türkiyə rəsmisi " Today's Zaman"a bildirib ki, "Türkiyə Ermənistanla olan sərhədlərini təkcə Daölıq Qarabağın işğalına görə deyil, eyni zamanda digər yaxın ərazilərində işğalına görə bağlayıb. Azərbaycan bildirib ki, əyər digər işğal olunmuş 7 ərazi geri qaytarılsa Türkiyənin Ermənistanla olan münasibətlərinə qarşı çıxmayacaq. İravan da həmçinin Azərbaycanın cəmi 5 bölgəsindən çıxa biləcəyini qeyd edib. 

Sizin Reklam Yeriniz