Movqe.Az xəbər verir ki, katoliklərin lideri Papa Françisin Vatikanda icra etdiyi rüşfətxorluq əleyhdarı siyasətinin mafiyanı narahat etdiyi iddia edilib. İtalya hakiminə görə mafiya, Papanı vura bilər. Vəzifəyə gəldiyi 2013-cü ilin martından bu yana rüşvətxorluq və Vatikandakı qara pulları pisləyən Katoliklərin lideri Papa Françisin , mafiyanın hədəfində olduğu iddia edilib. İddianı ortaya atan 26 ildir mafiya ilə mübarizə aparan İtalyanın Kalabria şəhəri prokuroru Nicola Gratteri olub. İtalyan Il Fatto Quotidiano qəzetinə danışan hakimə görə Papa Françis, Vatikanın daxilində etdiyi "təmizlik "lə mafiya atalarının əsəblərini pozur. Prokuror Gratterini də verdiyi müsahibədə Calabria mafiyası və Kilsənin ortaq hərəkət etdiyini söyləyib. Gratterinin iddiasına görə Papa Françisin Vatikandakı iqtisadi güc mərkəzlərinin üstünə getməsi səbəbiylə, mafiyanın hədəfinə girib. Hətta İtalyan hakimə görə mafiya, Papaya sui-qəsd cəhdi də edə bilər.