Əlaqə Arxiv
news Image
2013.11.20
14:25
| A A A
Rusiyada yaşayan miqrantlar qarşısında şərtlər qoyuldu

2015-ci ildən etibarən Rusiyada çalışmaq istəyən bütün əcnəbilərin rus dilini bilib-bilmədiyi məcburi şəkildə yoxlanacaq.

APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski deyib. O bildirib ki, Dövlət Dumasında müvafiq qanun layihəsinə baxılır: "2015-ci il yanvarın 1-dən Rusiyada çalışmaq istəyən bütün xarici ölkə vətəndaşları  - yüksək ixtisaslı mütəxəssislər istisna olmaqla – rus dili, Rusiya tarixi və Rusiya qanunvericiliyinin əsasları ilə bağlı məcburi testə cəlb olunacaqlar". 

Sizin Reklam Yeriniz