Movqe.Az xəbər verir ki, İndoneziyanın qərbində Sinabung yanardağının güclü partlayışlarla kül və lava püskürtdüyü bildirilib. Səlahiyyətlilər dağın ətəklərində yaşayan kəndlilərin çaxnaşma içində bölgədən qaçdığını deyib. Milli fəlakət agentliyinin spikeri Sutopo Purvo Nugroho, kraterə yaxın təhlükə bölgəsindəki 17 kənddən təxminən 15 min nəfərin evakuasiya edildiyini söyləyib. Yanardağda bu səhər 6 partlayış meydana gəlib.
Püskürmə yığınlarının 2000 metr yüksəkliyə qədər getdiyi, bölgədəki kəndlər, fermalar və ağacların küllə örtüldüyü qeyd edilib. Nəqliyyat Nazirliyi spikeri Bambang Erva da hava yolu şirkətlərinə Şimali Sumatradakı yanardağın yaxınında olan marşurtlardan uzaq dayanmaları xəbərdarlığını edib. İndoneziyadakı aktiv 129 yanardağdan biri olan Sinabung, sentyabr ayından bu yana fasilələrlə partlayır.