Dünya məscidlərində Qarabağ azanı səslənəcək
Xocalı soyqırımının növbəti ildönümündə "Qazi Azanı"-ı Türkiyə və Avropanın 6 minə yaxın məscidində oxunacaq
Xocalı soyqırımının növbəti ildönümündə Türkiyədə 6 minə yaxın məsciddə azan səslənəcək. Türkiyə mətbuatında yayılan xəbərə görə, Qarabağ işğal edilməmişdən əvvəl oxunan "Qazi Azanı"-ı Xocalı Soyqrımının ildönümü günündə Türkiyə və Avropanın 6 minə yaxın məscidində oxunacaq.
Verilən məlumata görə, azan Avropada Türk Dini İşlər Komitəsinə bağlı məscidlərdə səslənir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Ans press-ə isə məlumatı təsdiqləyib.