Əlaqə Arxiv
news Image
2013.12.03
13:14
| A A A
Rusiya ilə danışıq ucuzlaşacaq

Azərbaycan və Rusiya arasında rominq xidmətlərinin aşağı salınması ilə bağlı sənəd imzalanacaq

"Azərbaycan və Rusiya arasında rominq xidmətlərinin aşağı salınması ilə bağlı sənəd imzalanacaq". Bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. 


Nazir bildirib ki, bu istiqamətdə qarşı tərəflə müzakirələr aparılır: "Çünki, rominq xidmətlərinin qiymətinin yüksək olması ən böyek problemlərdən biridir. Hər iki ölkənin Rabitə Nazirlikləri səviyyəsində bu məsələnin həlli müzakirə olunub".


Nazir həmçinin bildirib ki, nömrələrin daşınması müəyyən qədər gərgin vəziyyətdə həyata keçirilir. Yəni tənzimləyici orqanla operatorlar arasında münasibətlərdə yaranmış problemlər həll olunub: "Mobil opertatorlar yanvarın ilk günlərindən artıq nömrə daşıma xidmətini təhfil verməyə nail olacaqlar. Onlar da söz verib ki, bu məsələni həll edəcəklər. Belə olan halda bazarda rəqabət daha da güclənəcək. Bu da nəticədə qiymətlərin aşağı düşməsində səbəb olacaq".


Sizin Reklam Yeriniz