Əlaqə Arxiv
news Image
2013.12.03
18:22
| A A A
Riçard Morninqstar ABŞ-Azərbaycan əməkdaşlığından danışdı

Səfir: "Bu əməkdaşlıq İKT sahəsinin inkişafına öz töhfəsini verəcək"

Azərbaycan region ölkələri arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində geniş imkanlara malikdir. Bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib.


Diplomatın sözlərinə görə, iqtisadiyyatın inkişafına yardım edən üç mühüm istiqamət mövcuddur: əqli mülkiyyət sahiblərinin hüquqlarının qorunması, gömrük və vergilər sahəsində islahatların aparılması və Ümumdünya Ticarət Təşkilatına daxil olmaq: "Bu istiqamətlərin hamısını inkişaf etdirmək vacibdir. Azərbaycan ÜTT-nin üzvü olarsa və informasiya texnologiyalarının idarə olunması üzrə sazişə qoşularsa, bu, respublikanın ixrac potensialının artmasına kömək edər".


Səfir ABŞ və Azərbaycanın əməkdaşlığının bu sahənin inkişafına öz töhfəsini verəcəyinə ümid etdiyini deyib.

Sizin Reklam Yeriniz