Əlaqə Arxiv
news Image
2013.12.04
10:41
| A A A
İlk qar Şamaxı-Pirqulu yolunda sürcülər üçün çətin anlar yaşadıb

Şamaxıya ilk qar yağıb.


Movqe.az Trend-ə istinadən xəbər verir ki, yağan qar rayon ərazisindəki avtomobil yollarına təsirsiz ötüşməyib. Gecədən yağan qar yolların buz bağlamasına səbəb olub. Bu isə, ən təhlükəli yollardan olan Şamaxı-Pirqulu yolunda sürcülər üçün çətin anlar yaşadıb.


Pirqulu istiqamətində hərəkətdə olan bütün avtomobillər yoldan qayıdıb. Bəziləri isə gecəni yolda keçirib.

Dağlıq ərazilərdə yerləşən yaşayış məskənlərinə 10-15 santimetrdən artıq qar yağıb. Qarın ən çox düşdüyü yerlər Məlhəm, Dəmirçi, Qızmeydan və Pirbəhli kəndləri olub.


Qeyd edək ki, qarın yağmasına baxmayaraq, Bakı-Şamaxı magistralı hərəkətə açıqdır.

Sizin Reklam Yeriniz