Əlaqə Arxiv
news Image
2013.12.10
10:37
| A A A
25 yaşlı oğlanın gözlərini kimyəvi maddə yandırdı

Xəsarət alan şəxs Xəstəxanaya yerləşdirilib

Ötən gün Bakının Binəqədi rayonunda dəmiryolu deposunda bədbəxt hadisə baş verib. Binəqədi rayon Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, saat 17:09 radələrində Biləcəri dəmiryolu deposunda işçi 25 yaşlı Ramin Səfərovun gözləri yanıb. Hadisə texniki ehtiyatsızlıq nəticəsində baş verib. Onun gözlərinə yandırıcı kimyəvi maddə tökülüb. Gözləri yanan R.Səfərov Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutuna yerləşdirilib.


Faktla bağlı araşdırmalara başlanıb.


Sizin Reklam Yeriniz