Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, ümummilli lider
Heydər Əliyevin vəfatının 10-cu il dönümü münasibəti ilə Şəki Şəhər
İcra Hakimiyyətində təşkil olunan tədbirdə ulu öndərin Azərbaycan
xalqı qarşısında qarşında göstərdiyi əvəzsiz xidmətlərindən bəhs
olunub.
Çıxış edənlər Heydər Əliyevin hələ SSRİ dövründə hakimiyyətdə
olduğu illərdə bir sıra sahələrdə yerli kadrların yaradılması üçün
gösətərdiyi səylərdən danışıblar. Qeyd olunub ki, ulu öndər bu uzaq
görən siyasəti sayəsində müasir Azərbaycan dövləti üçün müxtəlif
ixtisaslı kadrlar yetişdirib. Heydər Əliyevin gənclərə hər zaman
önəm verdiyi xüsusi vurğulanıb. Azərbaycan dövlətinin gələcəyinin
məhz gənclərin əlində olduğunu qeyd edib. Sonda ulu öndərin həyat
və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.