Səhiyyə Nazirliyinə 733 müraciət edilib
Səhiyyə Nazirliyinin "Qaynar xətt" (9103) xidmətinə bu ilin oktyabr-noyabr ayları ərzində 733 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, daxil olmuş müraciətlərin 541-i (29-u əsaslı, 334-ü isə əsassız, 178-i cari problemlərlə bağlı şikayət), 18-i - aidiyyəti üzrə deyil, 174-u sorğu xarakterli olub.
"Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.