Əlaqə Arxiv
news Image
2013.12.17
12:00
| A A A
Yumurtanın qiymət artımı ilə bağlı təhlillərə başlanılıb
Aydın Vəliyev: "Azərbaycanda quşçuluq müəssisələri yumurtanın qiymətində artım etməyiblər" "Azərbaycanda quşçuluq müəssisələri yumurtanın qiymətində artım etməyiblər. Quşçuluq müəssisələri əvvəlki kimi yumurtanı çeşidindən asılı olaraq 8-11 qəpiyə satırlar. Yumurtanın qiymətini mağazalarda bahalaşdırıblar. Biz İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələri ilə birgə neçə gündür ki, mağazalarda reydlər aparırırq. Məlum olur ki, mağazalar yumurtanı istehsalçı müəssisədən əvvəlki qiymətə alır".

Bu sözləri Movqe.az-a açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev söyləyib. A. Vəliyev bildirib ki, hazırda mağaza sahibləri yumurtanı çeşidindən asılı olaraq 8 qəpikdən 11 qəpik arasında alsalar da bir qiymətə satırlar: "Mağazalarda yumurtalar çeşidlənərək fərqli qiymətə satlmır. Halbuki, quşçuluq müəssisələri onlara yumurtanı ölçüsündə olan fərqə görə 8-9-10-11 qəpik arasında satır. Qiymət artımının quşçuluq müəssisələri ilə heç bir əlaqəsi yoxdur".

A. Vəliyev hazırda Azərbaycanda iki böyük quşçuluq müəssisəsinin Hacıqabul və Giləzi  quşçuluq müəssisələrinin fəaliyyət göstərdiyini bildirib.   

Kənd Təssərrüfatı Nazirlindən isə bildirdilər ki, hazırda yumurtanın qiymət artımı ilə bağlı təhlillər aparılır. Nazirliyin mətbuat xidmətinin rəhbəri M. Hacıyev bildirib ki, İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələri hazırda yumurtanın qiyməti ilə bağlı sahibkarlarla birgə təhlillər aparırlar.  Qeyd edək ki, son günlər yumurtanın qiyməti 15 qəpiyədək bahalaşıb.

Sizin Reklam Yeriniz