Türkiyədən qovulan azərbaycanlı fahişələr Gürcüstan marşurutu ilə geri qayıdır-ÖZƏL
Mətanət Əzizova: "Azərbaycandan Türkiyəyə gedən fahişələr üçün Gürcüstan ucuz marşurut xəti hesab olunur"
"Türkiyədən fahişəlik etdiklərinə görə, Azərbaycana eksdradisiya
edilən azərbaycanlı qadınlar Gürcüstan marşurutu ilə yenidən
Türkiyəyə qayıdır". Bu sözləri Movqe.az-a Qadın Krizis
Mərkəzinin rəhbəri Mətanət Əzizova söyləyib. M. Əzizova bildirib
ki, bu barədə məlumatı Mərkəzə Gürcüstandakı Qeyri-Hökumət
Təşkilatları verib: "Bu günlərdə Gürcüstanda QHT-lərin keçirdiyi
tədbirdə bu məsələ müzakirə olundu. Bildirildi ki, artıq Gürcüstan
miqrantlara görə qaydaları xeyli sərtləşdirilib. Hazırda Gürcüstana
özbək qadınlar buraxılmır. Onlar ciddi yoxlamadan sonra Gürcüstana
buraxılırlar. Hazırda azərbaycanlı qadınlara da eyni münasibət
sərgilənir. Azərbaycandan Türkiyəyə gedən fahişələr üçün Gürcüstan
ucuz marşurut xəti olduğundan, bizı verilən məlumata görə,
Türkiyədən qovulan fahişələr az keçməmiş yenidən öz "peşə"lərinin
ardınca Türkiyəyə yollanırlar. Bu zaman azərbaycanlı qadınlar
yenidən Gürcüstan marşurutundan istifadə edirlər. Hətta məlumatlara
görə, həmin qadınlar Azərbaycana eksdradisiya edildikdən sonra geri
qayıdanda özləri ilə iki-üç qadın da aparırlar".
M.Əzizova bu gün acı da olsa Türkiyədə azərbaycanlı "qədim peşə" sahiblərinin sayının artdığını söyləyir. Onun sözlərinə görə, bu rəqəmin günü-gündən artması Türkiyədə fahişəliklə məşğul olan qadınların məskunlaşmaq üçün özləri ilə gətirdikləri azərbaycanlı qadınlara sığınacaq vermələridir: "Əslində Türkiyədən və başqa ölkələrdən azərbaycana eksdradisiya edilən azərbaycanlı qadınlar burada reablitasiya mərkəzlərinə cəlb olunmalı, uzun müddət nəzarət altında saxlanılmalıdırlar. Çox təəssüf ki, onlar Azərbaycana qovulduqdan sonra nəzarətdən kənar qaldıqlarından, yenidən öz "işlərinin" ardınca Türkiyəyə yola düşürlər".