Əlaqə Arxiv
news Image
2013.12.19
16:43
| A A A
Coşqun Rəhimov əməliyyat olundu

Əməliyyatdan sonra o, iki dəfə İsrailə gedib.

Oxu.Az xəbər verir ki, bunu aznews.az-a "Bu şəhərdə"nin bədii rəhbəri Müşfiq Abbasov deyib. Onun sözlərinə görə, C.Rəhimovun üzərində ən bahalı əməliyyat aparılıb:

"Coşqun özünü yaxşı hiss edir. 3-4 gündən sonra Azərbaycana qayıdacaq. O, bir neçə il bundan əvvəl də əməliyyat olunub. Bu xəstəliklə bağlı ən bahalı əməliyyat onun üzərində aparılıb. Əməliyyatdan sonra o, iki dəfə İsrailə getdi. Orada bahalı yod var, ondan içdi. Onun hamısının xərcini də biz özümüz çəkdik.

"Bu şəhərdə" heç vaxt buna görə nə ayrı-ayrı şəxslərdən, nə də dövlətdən yardım istəyib. Öz gücümüz sayəsində etdik. Biz konsertlərdən gələn gəlirdən həmişə ona pul ayırırıq. Düzü, həmişə mən özüm onunla gedirdim. Bu dəfə iş çox olduğundan gedə bilmədim".

Bədii rəhbər onu da vurğulayıb ki, onlar etdikləri yardımı açıqlamırlar:

"İnsan etdiyini deməz. Biz çox yerlərə yardım edirik. Amma onu nə demişik, nə də deyəcəyik. Onu da deyim ki, Coşqun əməliyyat olunduqdan sonra bizə dövlət qurumlarının birindən zəng etdilər ki, sizə dəstək olmağa hazırıq. Biz də minnətdarlıq etdik".

Qeyd edək  ki, Coşqun Rəhimov xərçəng xəstəliyindən əməliyyat olunub. 

Sizin Reklam Yeriniz