Əlaqə Arxiv
news Image
2013.12.20
11:16
| A A A
Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı yenidən ekspertiza təyin olunub
Komisyon ekspertizanın rəyi istintaqı və tənqidçinin həyat yoldaşını qane etməyib

Elnarə Tofiqqızının ölümü ilə bağlı yenidən ekspertiza keçiriləcək.

 

Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, E. Tofiqqızının ölümü ilə bağlı keçirilən komisyon ekspertizanın rəyi istintaqı qane etməyib.

 

Təqdim edilən rəydə ciddi boşluqlar və natamam faktlar olduğu əsas götürülərək, yenidən ekspertiza keçirilməsinə qərar verilib.

 

Qeyd edək ki, komisyon rəydə bildirilib ki, aparılan ekspertiza ilə E. Tofiqqızı üzərində anestezioloqun düzgün anesteziya əməliyyatı aparmadığı, nəticədə xəstənin ağciyərinin funksiyasının pozulduğu və onun tənəffüs çatışmazlığından vəfat etdiyini müəyyən olunub.

 

E. Tofiqqızının həyat yoldaşı həyat yoldaşı Anar Niftəliyev də komisyon rəylə razılaşmayaraq, baş prokurora müraciət edib.

 

1977-ci il təvəllüdlü E. Tofiqqızı sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizaların ilkin rəyinə əsasən, E. Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Baş verən hadisə ilə bağlı E. Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. E. Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma aparılır. 

Sizin Reklam Yeriniz