Əlaqə Arxiv
news Image
2013.12.24
19:22
| A A A
Azərbaycan və Latviya prezidentləri arasında telefon danışığı olub

Latviya prezidenti Andris Berzinş dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

 

APA-nın məlumatına görə, A. Berzinş İ. Əliyevi ad günü münasibətilə təbrik edib, ona ali dövləti fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

 

Dövlət başçısı diqqət və təbrikə görə Latviya prezidentinə minnətdarlığını bildirib.

 

Söhbət zamanı prezidentlər ölkələr arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

 

Ukraynanın Prezidenti Viktor Yanukoviç, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, İordaniya Haşimilər Krallığının Kralı Kral II Abdullah, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Sergey Narışkin də doğum günü münasibətilə Azərbaycan prezidentinə təbrik məktubu göndəriblər.

Sizin Reklam Yeriniz