Əlaqə Arxiv
news Image
2013.12.24
16:35
| A A A
«Azərbaycan Hava Yolları» beynəlxalq uçuşlarda əl yükünün daşınması normasını artırıb

Dekabrın 25-dən etibarən "Azərbaycan Hava Yolları" QSC-nin ("Azal") beynəlxalq uçuşlarında əl yükünün daşınması normasında dəyişiklik həyata keçirləcək.

QSC-dən "APA-Economics"ə verilən məlumata görə, dəyişikliklər nəticəsində "ekonom" sinifli sərnişinlər üçün əl yükünün təyyarə salonuna keçirilməsinə icazə verilən çəkisi 5 kq-dan 8 kq-dək, "biznes" sinfi sərnişinləri üçün isə 10 kq-dan 15 kq-dək artırılır (2 yer).

 

Qeyd edək ki, sərnişinlərin əl yüklərinin (baqajlarının) ölçüləri icazə verilən 115 sm (55x20x40) ölçülərdən artıq olmamalıdır.

Sizin Reklam Yeriniz