Əlaqə Arxiv
news Image
2014.01.09
15:57
| A A A
Özünü yandıran qarabağ əlilinin ailəsinə söz verilən yardım edilib

"Şükür Allaha vəziyyətimiz yaxşıdır. Uşaqlar normal həyatlarına davam edir. Hər gün özüm onları məktəbə aparıb-gətirirəm. Dəfndən sonra Səttar Mehbalıyev də ailəyə baş çəkir. Deyib ki, hər bir problemimizi həll edəcək".


Bunu Modern.az-a övladını faciəli şəkildə itirən, Qarabağ qazisinin atası Həsən Həsənov deyib. "Səttar Mehbalıyev vəd etdiyi 100 min manatı Zaurun ailəsinə verib. Sağ olsun Prezidentimiz, bu işi öz nəzarətinə götürdü, indi ailənin heç bir çətinliyi yoxdur".


Qeyd edək ki, Qarabağ əlili Zaur Həsənov ötən il dekabrın 25-də Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə özünü yandırmaqla intihar edib. O, özünəqəsdi 1995-ci ildən bəri paytaxtın Bibiheybət qəsəbəsində işlətdiyi kafenin əlindən alınması ilə əsaslandırıb. Zaur Həsənov iddia edib ki, kafenin onun əlindən alınmasında Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri, deputat Səttar Mehbalıyevin günahı var.


Sizin Reklam Yeriniz