Əlaqə Arxiv
news Image
2014.01.10
20:20
| A A A
135 kq-dan çox nar­­kotik vasitə dövriy­yədən çıxarılıb

Movqe.az xəbər verir ki, Azərbaycanın gömrük orqanları tərəfindən 2013-cü ildə həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 12 475 hüquq­pozma faktı aşkar edilib. Dövlət Gömrük Komitəsindən (DGK)  verilən məlumata görə, bu faktlardan 347-si cinayət xarak­terli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 2 milyon 3 min 978 manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 389 nəfərin (306 Azərbaycan vətəndaşı, 83 xarici) barə­sində müvafiq tədbirlər görülüb. Cinayət faktlarından 83-ü Biləsuvar Gömrük İdarəsi (Gİ), 65-i Tovuz Gİ, 49-u Astara Gİ, 33-ü Xaçmaz Gİ, 32-si Bakı Baş Gömrük İdarəsi, 29-u Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, 23-ü Balakən Gİ, 16-sı DGK-nın Göm­rük Sahəsində Hüquqpozma­lara Qarşı Mübarizə Baş İdarəsi, 10-u Avto­nəq­liyyat Baş Gömrük İdarəsi, 2-si Sumqayıt Baş Gömrük İdarəsi, 1-i Yevlax Gİ, 1-Gəncə Gİ, 1-i Culfa Gİ, 1-i Aksiz Baş Gömrük İdarəsi, 1-i Naxçıvan Dövlət Gömrük Komitəsi tərə­findən aşkar olunub.  Azərbaycan Preziden­ti­nin 24 iyun 2013-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Nar­kotik vasitələrin, psixotrop mad­dələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkoman­lığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın icrasını təmin etmək, Azərbaycan Respublikasının gömruk sərhədindən narkotiklərin qa­nunsuz keçirilməsinin qarşısını almaq və ölkə ərazisindən "ötü­rücü məntəqə" kimi istifadə olun­masına yol verməmək məqsədilə göm­rük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş təd­birlər nəticəsində 2013-cü il ərzində nar­­kotik vasitələrin qanunsuz dövriy­yəsi ilə əlaqədar 133 fakt aşkar olunub. Bu faktlar üzrə ümumilikdə 135 kq 376,674 qram narkotik, o cümlədən 18 kq 223,834 qram tiryək, 35 kq 628,38 qram mari­xuana, 33 kq 185 qram həşiş, 37 kq 717,571 qram heroin, 217,723 qram metadon, 198,567 qram kokain, 10 kq 159,986 qram metamfetamin və digər narkotiklər qa­nun­suz dövriyyədən çı­xarılıb. Bu fakt­lar üzrə şübhəli bilinən şəxslərdən 138 nəfəri kişi, 14 nəfəri qadın olmaqla, ümumilikdə 152 nəfər barəsində müva­fiq tədbirlər görülüb. Dövlət Gömrük Komitəsinin Göm­rük Sahəsində Hüquqpozma­lara Qarşı Mübarizə Baş İdarəsi tərə­findən 6 fakt üzrə 45 kq 330 qram, Biləsuvar Göm­rük İdarəsi tərəfindən 79 fakt üzrə 56 kq 746 qram, Astara Gömrük İdarəsi tərəfindən 44 fakt üzrə 15 kq 233 qram, Tovuz Gömrük İdarəsi tərəfindən 4 fakt üzrə 90 qram, Xaçmaz Gömrük İdarəsi tərə­findən 4 fakt üzrə 7 kq 37 qram, Culfa Gömrük İdarəsi tərəfindən 1 fakt üzrə 160 qram, Nax­çıvan DGK tərəfindən 1 fakt üzrə 551 qram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən götürül­üb. BMT Narkotiklər və Cinayətkarlıq İdarəsinin Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzi vasitəsilə Türkiyə Respublikasının gömrük xidməti ilə aparılmış məlumat mübadiləsi nəticəsində 11 mart 2013-cü ildə İran İslam Respublikasından Azər­baycan Respublikasına gələn "Skania" markalı KHK624/VV113 nömrə nişanlı avtomaşından 27 kq 500 qram heroin aş­kar olunaraq saxlanılıb. 2013-cü il ərzində gömrük sərhəd keçid məntəqələrində xidmət göstərən instruktor-kinoloqlar tərəfindən onlara təhkim olunmuş xidməti axtarış itlə­ri­nin tətbiqi nəticəsində18 fakt üzrə ümumilikdə 25 kq 32 qram narkotik vasi­tələr, o cümlədən 4 kq həşiş, 5 kq 560 qram tiryək, 210 qram heroin, 10 kq 800 qram metamfetamin, 462 qram ma­ri­xuana, 4 litrdən çox metadon məhlulu aşkar olunub. 14-21 sentyabr 2013-cü il tarixlə­rində Qırğızıstanın Bişkek şəhərində keçirilən MDB gömrük xidmətlərinin kinoloji strukturlarının çoxnövçülük üzrə birincilik yarışlarında DGK Kinoloji Mərkəzinin xidməti axtarış itləri 2-ci yerə layiq görülüb. 2013-cü il ərzində qaçaqmalçılıq və digər hüquqpozmalara qarşı mübarizə istiqamətində hədəflərin müəyyənləş­diril­məsi işi təkmilləşdirilib, səla­hiy­yət­lər daxilində operativ nəzarət güclən­dirilib.

Sizin Reklam Yeriniz