Müəllimlər necə mükafatladırılacaq?
Azərbaycanda müəllimlər üçün fəaliyyətə əsaslanan
əməkhaqqı və mükafatlandırma sisteminin yaradılması meyarları
müəyyənləşdiriləcək. Movqe.az-ın xəbərinə görə, bunu təhsil
nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə
deyib. Onun sözlərinə görə,
Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında qarşıya
bir çox istiqamətlər və hədəflər qoyulub. Strategiyadakı
hədəflərdən biri də maliyyələşmə mexanizmlərinin işlənməsi və
hazırlanmasıdır: "Prezidentin müvafiq sərəncamında qeyd edildiyi
kimi, 5 ay müddətində dövlət strategiyasının icrası ilə bağlı
fəaliyyət planı hazırlanaraq hökumətə təqdim edilməlidir. Həmin
fəaliyyət proqramı təsdiq edildikdən sonra müvafiq dövlət
proqramları vasitəsi ilə digər istiqamətlərdə olduğu kimi,
Azərbaycanda müəllimlər üçün fəaliyyətə əsaslanan əməkhaqqı və
mükafatlandırma sistemi yaradılacaq. Hazırda fəaliyyət planının
hazırlanması istiqamətində işlər gedir. Bu barədə danışmaq bir
qədər tezdir".