Hacıbala Abutalıbovdan dayanacaqlarla bağlı sərəncam
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbovun imzaladığı sərəncama əsasən, bundan sonra paytaxt
ərazisindəki dayanacaqlara vurulan reklam xarakterli elan və
afişalara görə məsuliyyət nəzərdə tutulub. Modern.az xəbər verir ki, sərəncama görə, dayanacaqlara reklam
və elan kağızları yapışdıran şəxs məsuliyyətə cəlb olunacaq. Başqa
sözlə, dayanacaqlara reklam xarakterli elan və afişaların vurulması
qəti qadağan edilib. Məqsəd dayanacaqların görüşünə xələl gətirən
halların qarşısını almaqdır. Artıq
H.Abutalıbovun sərəncamı ilə əlaqədar paytaxt rayonlarının icra
başçılarına müvafiq bildirişlər göndərilib ki, sərəncamın icrasına
nəzarət eitsinlər. Bununla bağlı hər bir rayonun ərazisindəki
dayanacaqlarda avtobus gözləyən şəhər sakinlərinin
məlumatlandırılması üşün xəbərdarlıq mətnləri vurulur.