Əlaqə Arxiv
news Image
2014.01.20
10:00
| A A A
Bakı sakinin meyidi vannada tapıldı

Bakıda evdə kişi meyiti tapılıb. Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1961-ci il təvəllüdlü kişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar.Mənzilə baxış keçirilərkən həmin şəxsin vanna otağında vəfat etdiyi müəyyən olunub. Meyit xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Sizin Reklam Yeriniz