Ukraniya müxalif liderləri siyasi çıxılmaz məsələnin həllində uğursuzluğa düçar olmuş Prezident Yanukoviçə ultimatum göndərib.
Movqe.Az BBC-yə istinadən xəbər verir ki, Vitali Kitsçko hökümət erkən seçkilərə getməsə, paytaxt Kiyevdəki Avropa Birliyi tərəfdarlarına kömək edəcəyini deyib.
Baş Nazir Mykola Azarov güzəştlərin mümkün ola biləcəyini, lakin əvvəl müxaliflərin ultimatum göndərməyi dayandırmaları lazım olduğunu deyib.
Xatırladaq ki, çərşənbə günü Kiyevdə polislərlə baş verən toqquşmalarda 2 aktivist həlak olub.
Prokurorlar onların açılan atəş nəticəsində öldüyünü təsdiqləyib. Cümə günü Ukraniya Azadlıq radiosu da 3 nəfər aktivistin öldürüldüyünü deyib.
Toqquşmalarda yüzlərlə insane zədələnib, bəzi ziddiyyətlərin baş verməsində isə ifrat sağçı qurup "Right Sector" məsul tutulur. BBC müxbiri ölkədə gərginliyin son həddə çatdığı deyib. Barrikadalar hələ də hökümətin əmriiylə polis tərəfindən yandırılır, polis və etirazçılar arasında qarşıdurmalar davam edir. Müxalif liderlərindən olan, Arsenli Yatensluk hökümətin tələblərə cavab vermək üçün 24 saat vaxtının olduğunu söyləyib.