ANS-in keçmiş aparıcısı ana oldu
ANS-in keçmiş aparıcısı, məşhur jurnalist
Məhsəti Şərif ana olub. AzVision.az-ın məlumatına görə
Türkiyədə yaşayan azərbaycanlı jurnalist Məhsəti Şərifin bu gün qız
övladı dünyaya gəlib. Qeyd edək ki, xanım jurnalist 2012-ci ilin
sentyabrında Türkiyə vətəndaşı ilə ailə qurub. Cütlüyün bir oğlu da
var.