Komitədən sahibkarlara xəbərdarlıq-"Halal sözünü kolbasaların üstündən yığışdırın"
Azərbaycanda daha bir yeni standart qüvvəyə
minib. Bu "Halal qida. Ümumi
tələblər" adlı dövlət standartıdır. Yeni tələblər kolbasa, sosiska
və digər ət məhsullarına aiddir. Artıq bu gündən bu standarta cavab
verməyən məhsulların üzərindəki "halal" sözü yığışdırılacaq.
Standartlaşdirma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin
əməkdaşları artıq kolbasa və digər ət məhsullarının satış və
istehsal müəssisələrində reydlərə
başlayıblar. Əsas məqsəd üzərində
"halal" yazılan kolbasa və sosiskaların dövriyyədən çıxarılmasıdır.
Komitədən bildirirlər ki, əslində sahibkarlara hələ yanvar ayından
vaxt verilib ki, "halal" sözünü məhsulların üzərindən çıxarsınlar.
Çünki hələ ölkədə bu standarta uyğunluğu təsdiqlənən məhsul yoxdur.
Həqiqətən də halal standartına uyğun məhsul istehsal edən iş
adamları isə komitəyə müraciət edib sertifikat ala bilərlər. Artıq
ilk müraciətlər olsa da, hələ ki sertifikat alan yoxdur.