Prezident Administrasiyasında yeni təyinat
Prezident Administrasiyası İctimai-siyasi
məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdir
vəzifəsinə Vüsal Quliyev təyin olunub.
Movqe.az Trend-ə
istinadən xəbər verir ki, V. Quliyev buna qədər Prezident
Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsində aparıcı
məsləhətçi vəzifəsində çalışıb. Qeyd edək ki, Azərbaycan Prezidenti
İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin tərkibində gənclər təşkilatları
ilə iş sektoru yaradılıb. Sektor
gənclər təşkilatları ilə əlaqələrin inkişaf etdirilməsi, həmçinin
onlarla iş aparan dövlət orqanlarının və digər qurumların
fəaliyyətinin əlaqələndirilməsi funksiyasını həyata
keçirəcək. Vüsal İlham oğlu Quliyev
1982-ci il dekabr ayının 31-də Kürdəmir rayonunda anadan
olub.
2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistr pilləsinə daxil olub. 2003-2005-ci illərdə bu Akademiyada dövlət hüququ ixtisası üzrə magistr təhsili almış və "Azərbaycan dövlətçiliyində konstitusiyanın inkişaf mərhələləri" mövzusunda magistrlik dissertasiyasını müdafiə edib.