2100 nəfər öz mobil operatorunu tərk edib
Mobil nömrə daşınmasının tətbiqi ilə bağlı aparılan işlər
yekunlaşdırılıb. Movqe.az xəbər verir ki, bu barədə "2014-cü ilin I
rübünün yekunları haqqında" kollegiya iclasında rabitə və yüksək
texnologiyalar naziri Əli Abbasov məlumat verib. Nazir bildirib ki,
xidmətin tətbiqi ölkədə mobil rabitə istifadəçilərinə göstərilən
mobil xidmətin keyfiyyətinin artırılmasına və mobil sektorda sağlam
rəqabətin gücləndirilməsinə xidmət edir. Hesabat dövrü ərzində
daşınan nömrələrin sayı təxminən 2100 ədəd olub. Daşınmanın daha da
effektivliyinin artırılması məqsədilə mobil operatorlara birgə
işlər davam etdirilir.