Hərbi xidmətdən möhlət hüququ veriləcək
Magistratura və doktoranturaya imtahan vermək
istəyən şəxslərə hərbi xidmətdən möhlət hüququ verilməsi nəzərdə
tutulur. Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil
komitəsinin sədri Şəmsəddin Hacıyev jurnalistlərə açıqlamasında
deyib. Onun sözlərinə görə, "Elm
haqqında" qanun layihəsində bir sıra məsələlərlə yanaşı
magistratura və doktoranturaya imtahan vermək istəyən şəxslərə
hərbi xidmətdən möhlət hüququ verilməsi nəzərdə tutulur: "Söhbət
möhlət hüququnun verilməsindən gedir, hərbi xidmətdən azad
edilməkdən yox. Bəzən ictimaiyyətdə belə bir fikir yaranır ki,
magistrlər ümumiyyətlə hərbi xidmətə getməyəcəklər və s. Burada
söhbət yalnız təhsil başa çatanadək möhlət hüququndan gedir.
Bilirsiniz ki, Boloniya prosesi ilə bağlı Azərbaycanda təhsil 3
pilləlidir: bakalavriatura, magistratura, doktorantura. Biz
tərəfdarıyıq ki, bu möhlət hüququ verilsin. Məsələn, şəxs bakalavr
pilləsində təhsilini başa vuracaqsa və magistraturaya qəbul
olunacaqsa, eyni zamanda magistraturanı bitirib doktoranturaya
qəbul olunacaqsa, həmin şəxslər hərbi xidmətdən möhlət hüququ ala
biləcəklər".
Komitə sədri qeyd edib ki, bu məsələ artıq qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinin bu ilin yaz sessiyası dövründə Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.
Komitə sədri qeyd edib ki, bu məsələ artıq qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinin bu ilin yaz sessiyası dövründə Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.