Bakıda seksual manyak polis bölməsindən qaçıb
Aprelin 19-da Yasamal rayon Polis İdarəsi 28-ci
Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri
nəticəsində qadınlara qarşı seksual xarakterli hərəkətlər edən şəxs
saxlanılıb. Lent.az-ın
hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, günorta
saatlarında özünə məxsus "Mercedes" markalı avtomobili ilə birlikdə
saxlanılaraq polis bölməsinə gətirilən Sabunçu rayon Bakıxanov
qəsəbə sakini olan 1984-cü il təvəllüdlü İlkin Qasımovun ifadəsi
alınıb. O, ilkin ifadəsində qadınlara qarşı seksual xarakterli
hərəkətlər etdiyini qismən etiraf edib. Polis bölməsində saxlanılan İ.Qasımov daha sonra polislərin
gözündən yayınaraq qaçıb.
Hazırda onun yaxalanaraq istintaqa təhvil verilməsi istiqamətində iş aparılır.