Bakıda güclü şimal küləyi əsəcək
Azərbaycan ərazisində hava küləkli və yağmurlu olacaq.
Movqe.az Trend-ə istinadən xəbər verir ki, aprelin
27-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti
üstünlük təşkil edəcək.
Gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış
yağacaq. Şimal küləyinin güclənəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-11,
gündüz 13-17 dərəcə isti təşkil edəcək.
Azərbaycanın bölgələrində də bəzi yerlərdə şimşək çaxacaq,
qısamüddətli yağış yağacaq. Arabir güclənən qərb küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 7-12, gündüz 19-24,
dağlarda gecə 4-8, gündüz 9-14 dərəcə isti təşkil edəcək.
Azərbaycanda qeyri-sabit hava şəraiti aprelin 28-dək davam
edəcək.