Özəl ali məktəblərdə qiyabi təhsilə qadağa
Azərbaycan dövlət starategiyasına uyğun olaraq,
TQDK planında dəyişiklik edilib. ANS
PRESS-in məlumatına görə, bu barədə Təhsil Nazirliyinin sektor
müdiri Cəsarət Valehli deyib. O bildirib ki, 2014-2015-ci illər
üzrə TQDK planında əyani qəbul planı 13 % artırılıb. C.Valehli
həmçinin əlavə edib ki, bunun əvəzində isə qiyabi plan 2 dəfə
azaldılıb. Özəl ali məktəblərdə isə 2014-2015-ci illərdə özəl ali
məktəblər üçün qiyabi plan dayandırılıb. Bundan başqa pedoqoji ixtisaslar üzrə qəbul yalnız, Qafqaz,
Xəzər və Qızlar universitetinə verilib. Orta ixtisas təhsil
müəssələrində real tələbata uyğun olaraq ötən ilə nisbətən 4400 yer
azaldılıb.