Əlaqə Arxiv
news Image
2014.05.02
11:33
| A A A
Azərbaycan "Facebook"da saxta səhifələrlə mübarizəyə başlayır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) "Facebook" sosial şəbəkəsində feyk-akkauntlarla (saxta hesablar) mübarizəyə başlayıb. Bu barədə Trend-ə nazirlikdən deyiblər.

Nazirlikdə hazırda bununla bağlı sənəd hazırlanır. Sənəddə "Facebook" sosial şəbəkəsində təhlükəsizlik məsələsinə və arzuolunmaz hallarla mübarizə metodlarına xüsusi diqqət yetiriləcək.

Nazirlikdən bildiriblər ki, sənəd yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq və ETM-in internet səhifəsində yerləşdiriləcək: "Təəssüf ki, bir çox istifadəçi mövcud problemin ciddiliyini dərk etmir. İstifadəçilər çox vaxt hətta bilmirlər ki, onların akkauntu cinayətkarlar tərəfindən ələ keçirilib və ya onların adından saxta səhifələr yaradılıb".

Sizin Reklam Yeriniz