Elmə məlum olmayan virus aşkarlandı
Qonşu Gürcüstanda indiyə qədər elmə məlum olmayan çiçək
xəstəliyi virusu aşkarlanıb.
Milli.Az Gürcüstan mətbuatına istinadən bildirir ki, bu virusu
amerikalı alimlər aşkarlayıblar. Artq üç nəfər həmin virusa
yoluxub.
Alimlər bu virusiu çiçək xəstəliyinin yaxın qohumu
adlandırırlar. Bu xəstəliyə çobanlar yoluxub. İlkin olaraq onlara
sibir xorası diaqnozu qoyulub. Sonradan laboratoriya analizləri
həmin diaqnozu təsdiqləməyib. Bu xəstəliyin əvvəllər məlum olmadığı
ortaya çıxıb. Bu virusa, hələ ki, konkret ad
verilməyib.