"Qafqazinfo" xəbər verir ki, bu barədə prezident İlham Əliyevin sərəncamı yaxın saatlarda açıqlanacaq.
Elşad İskəndərovun vəzifədən azad olunması adının son günlər nurçulaırn siyahısında çəkilməsi ilə bağlı olduğu ehtimal olunur.
Qeyd edək ki, E. İskəndərovdan əvvəl dövlət başçısı nurçuluqda ittiham olunan digər məmur Elnur Aslanovu da Prezident Aparatında şöbə müdiri vəzifəsindən azad etmişdi.
Bir neçə gün əvvəl isə Elşad İskəndərovun fəaliyyəti, nurçuluqla əlaqələri və həmin şəxslərlə birgə fotoları haqqında geniş yazı dərc olunmuşdu. Bu barədə jurnalist Eynulla Fətullayev rəhbəri olduğu saytlarda geniş yazılar dərc etmişdi.
***
Artıq prezident İlham Əliyevin Elşad İskəndərovun vəzifəsindən azad olunması ilə bağlı sərəncamı AzərTac-da yayımlanıb.
Xatırladaq ki, Elşad İskəndərov 2012-ci ilin mayından Dini Komitənin sədri idi.