Əlaqə Arxiv
news Image
2014.05.04
11:01
| A A A
Avtobus dayanacağında partlayış: ölənlər var
Keniyanın turizm şəhəri Mombasada avtobus dayanacağında insanlar hücuma məruz qalıblar. Movqe.az xəbər verir ki , dayancaqda qumbaranın partlaması nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.

Partlayıcı təhlükəsi, eyni zamanda, Nyali şəhərində otelin yanında yaşanıb. İnsanlar partlayıcı ilə dolu şübhəli paket aşkarlayıblar. Daha sonra partlayıcı zərərsizləşdirilib. Bu barədə ölkənin daxili işlər nazirliyi xəbər yayıb.

Polis hər iki faktla əlaqədar araşdırma başladıb.

Keniya hökuməti Somalidə əl-Şəbəb terror təşkilatına qarşı mübarizə aparmaq məqsədilə bu ölkəyə hərbi qüvvələr göndərir. 2011-ci ildə hökumətin bu siyasəti ilə əlaqədar ölkədə tez-tez partlayışlarla müşahidə olunan zorakılıqlar baş verir.
Sizin Reklam Yeriniz