"Çempionat Braziliya xalqı üçün xeyir gətirməyəcək"
Braziliyanın Rio de Janeyro şəhərində iyun ayında
keçiriləcək futbol üzrə dünya çempionatı ilə əlaqədar hökumətə
qarşı növbəti dəfə etiraz aksiyası keçirilib. Movqe.az xəbər verir
ki , fəallar bu dəfə Leme çimərliyində bir araya gəliblər.
Aksiyaçılar topların üzərinə xaç işarəsi çəkərək onları sərgidə
nümayiş olunan ayı strukturların üzərinə qoyublar. Fəallar bu cür
böyük tədbirlərdən daha çox FİFA-nın və biznezmenlərin qazandığını
bildiriblər.
"Bu futbol topları dünya kubokunu təmsil edir. Bu, çempionatın rəsmi topudur. Topun üzərindəki xaç isə çempionata yatırılan sərmayənin gərəksiz olduğunu bildirir. Çempionat Braziliya xalqı üçün xeyir gətirməyəcək".
Hökumətə qarşı çıxanlar çempionata yatırılan pulların sosial xidmət sahələrinə yatırılmasını daha doğru hesab edirlər. Son bir neçə ayda etiraz aksiyaları zamanı törədilən zorakılıqlarda çoxlu sayda insan xəsarət alıb.
Çempionat ərəfəsində avtobusla gediş haqqının qaldırılması isə etirazçıların qəzəbinə səbəb olan digər bir faktdır.
Çempionat iyun ayının 12-sindən iyul ayının 13-ünə kimi davam edəcək.