Azərbaycan Əfqanıstana humanitar yardım göndərib
Əfqanıstanda baş verən sürüşmə nəticəsində ölkədə
yaranan acınacaqlı vəziyyətlə əlaqədar Azərbaycan hökuməti bu
ölkəyə 211 min 500 manat dəyərində birdəfəlik humanitar yardım
göndərib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə bu gün Əfqanıstanda sel və daşqınlardan əziyyət çəkən əhaliyə 200 min manat dəyərində 114 ton həcmində humanitar yardım göndərilib.
Humanitar yardımın göndərilməsi Fövqəladə Hallar Nazirliyi Mülki-Müdafiə Qoşunlarının xətti ilə təmin olunub. Bu gün təxminən günorta saat 14.00-da H.Əliyev adına hava limanından yola salınan təyyarənin Bakı vaxtı ilə saat 16:40-da Əfqanıstana çatacağı gözlənilir.
Ötən gün Əfqanıstanın dağlıq əyalətində leysan yağışlarından sonra baş verən torpaq sürüşməsi nəticəsində 2100 nəfərin öldüyü, 2500-ə nəfərə yaxın insanın isə itkin düşdüyü bildirilir. Təxliyyə edilən digər insanların isə humanitar yardıma ehtiyac duyduqları kadrlardan da aydın hiss olunur.
Yardım Əfqanıstanın paytaxtı Kabildə Azərbaycanın Əfqanistandakı səfirliyi tərəfindən qəbul ediləcək, daha sonra oradakı yerli hakimiyyət orqanlarına təhvil veriləcək.