Məhbus qadınlara müavinət veriləcək
Bundan sonra məhbus qadınlar da hamiləliyə və
doğuma görə müavinət ala biləcəklər. Movqe.az ANS PRESS-ə istinadən
xəbər verir ki, Nazirlər Kabineti "Məcburi dövlət sosial sığortası
üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə
sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və
ödənilməsi haqqında Əsasnamə"ə dəyişiklik edib.
Dəyişikliyə əsasən, Əsasnamədə həbsdə olan vaxt, məhkəmə-tibb ekspertizası zamanı, habelə məhkəmənin qərarına görə məcburi müalicə (ruhi xəstələrdən başqa) zamanı hamiləliyə və doğuma görə müavinət verilməməsini nəzərdə tutan müddəa ləğv edilib.
Bundan sonra həbsdə olan vaxt, məhkəmə-tibb ekspertizası zamanı, habelə məhkəmənin qərarına görə məcburi müalicə (ruhi xəstələrdən başqa) zamanı hamiləliyə və doğuma görə müavinət veriləcək.