Əlaqə Arxiv
news Image
2014.05.05
15:05
| A A A
Suraxanı rayonunda əhalinin tibbi müayinəsi uğurla yekunlaşdı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyəsi əsasında ölkəmizdə həyata keçirilən əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda da uğurla yekunlaşıb.


Əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın yüksək səviyyədə keçirilməsini təmin etmək üçün hələ fevral ayında rayonda bütün zəruri tədbirlər görülmüşdü. Bu məqsədlə Rayon İcra Hakimiyyətində komissiya yaradılmış, rayon ərazisində yerləşən müəssisə və idarələrin tibbi müayınədən keçmə qrafiki tərtib olunmuşdu.


Rayon əhalisinin tibbi müayinəsi (dispanserizasiyası) 5 xəstəxana, 3 poliklinika və 1 ambulatoriyada aparılmışdır. Əhalin tibbi müayinəsini mütəşəkkil təşkil etmək məqsədi ilə müayinə aparılan dövrdə Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri əhali arasında planlı formada maarifləndirici tədbirlər aparmışdır. Görülən işlərin nəticəsidir ki, rayon əhalisinin tibbi müayinəsi (dispanserizasiyası) uğurla başa çatmış, vətəndaşlar yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində tibbi müayinədən keçmişdir. Tibbi müayinə dövründə səhiyyə müəssisələrində işləyən həkimlərdən ibarət yaradılmış səyyar briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərmişlər.


Rayon İcra Hakimiyyətindən verilən məlumata görə Suraxanı rayonun 209312 əhalisinin və 20125 nəfər rayonda məskunlaşmış məcburi köçkünün tibbi müayinə cəlb olunması nəzərdə tutulmuşdu. Onlardan 187708 nəfəri tibbi müayinədən keçmişdir. Bu da rayon əhalisinin 81.8% təşkil edir. 124 kollektiv tibbi müayinədən keçmişdir. Əhalinin 169737 nəfəri 18 yaşdan yuxarı, 59700 nərəri isə 18 yaşa qədərdir. 18 yaşdan yuxarı əhalinin 156311 nəfəri tibbi müayinədən keçib. Bu da böyük əhalini 83.8% təşkil edir. Tibbi müayinədən keçən vətəndaşların 10759 nəfəri rentgen, 55360 nəfəri laboratoriya müayinəsindən, 6563 nəfəri USM aparatından və 4999 nəfəri EKQ müayinəsindən keçib. Aşkarlanmış xəstəliklər nəticəsində 4224 nəfər vətəndaş ambulator müalicəyə və 391 nəfər stasionar müalicəyə qəbul olunub.


Aparılan araşdırmalar deməyə əsas verir ki, tibbi müayinədən rayon əhalisi çox razı qalmışdır. Sakinlər qeyd etmişdir ki, bu tədbirin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan vətəndaşlarına göstərdiyi diqqət və qayğının nəticəsidir. Onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Sizin Reklam Yeriniz